35 ölkə Rusiya idmançılarının 2024-cü il Olimpiadasında iştirakına qarşı çıxıb

35 ölkə Rusiya idmançılarının 2024-cü il Olimpiadasında iştirakına qarşı çıxıb
# 11 fevral 2023 07:31 (UTC +04:00)

35 ölkə Rusiya idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qarşı çıxıb.

APA-nın məlumatına görə, bunu Litvanın idman naziri Yurqita Syuqjdinene Reuters agentliyinə deyib.

Rusiya və Belarus komandalarının iştirakına qarşı çıxanlar arasında ABŞ, Almaniya və Avstraliya da var.

Xatırladaq ki, 2024-cü il Olimpiya Oyunları Parisdə keçiriləcək. Fransa prezidenti Emmanuel Makron bildirib ki, yarış zamanı ölkə BOK-un ruslar və belaruslarla bağlı qərarını rəhbər tutacaq.

Bundan əvvəl Paris meri 2024-cü il Olimpiadasında Rusiya Federasiyasından olan idmançıların iştirakına qarşı çıxış etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR