Azad Rəhimov FHN-in İdman-sağlamlıq klubunun bazasında hazırlıq işləri ilə tanış olub

Azad Rəhimov FHN-in İdman-sağlamlıq klubunun bazasında hazırlıq işləri ilə tanış olub
  • Clock-gray 15:37
  • calendar-gray 17 İyul 2019

İyulun 20-28-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı baş tutacaq. Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına daxil olan voleybol idman növü bütün beynəlxalq standartlara cavab verən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında keçiriləcək.

FHN-dən APA-ya bildirilib ki, gənclər və idman naziri Azad Rəhimov və təşkilat komitəsinin nümayəndələri FHN-in İdman-sağlamlıq klubunun bazasında hazırlıq işləri ilə yaxından tanış olublar. Onlar hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

“Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun kompleksinin cəmi altı aydır, fəaliyyət göstərməsinə baxmayaraq, burada bir sıra idman tədbirləri keçirilib. Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına daxil olan voleybol idman növünün FHN-in İdman-sağlamlıq klubunun arenasında keçirilməsi kompleksimizin yüksək beynəlxalq standartlara cavab verməsinin göstəricisi kimi fərəhləndirici bir haldır”, - deyə məlumatda qeyd olunub.

Gülşən Hacıyeva

Digər xəbərlər

Arxiv

date