Çin səfiri: “Azərbaycanda idman sürətlə inkişaf edir”

Çin səfiri: “Azərbaycanda idman sürətlə inkişaf edir”
# 18 yanvar 2022 17:33 (UTC +04:00)

"16 gündən sonra olimpiada başlayacaq. 14 il sonra müqəddəs Olimpiya məşəli Çinə qayıdacaq".

Apasport.az saytının məlumatına görə, bunu Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min deyib.

O, Milli Olimpiya Komitəsinin (MOK) Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı təşkil edilən təqdimat mərasimində çıxış edib: "Pekin həm yay, həm də qış olimpiadasını qəbul edən yeganə şəhərdir. Azərbaycan Cənubi Qafqazın idman ölkəsidir. Azərbaycanda idman sürətlə inkişaf edir və bu ölkənin atletləri beynəlxalq arenalarda yüksək nailiyyətlər əldə edir".

Qeyd edək ki, fevralın 4-20-də keçiriləcək Pekin-2022-də ölkəmizi fiqurlu konkisürmə yarışında Vladimir Litvintsev və Yekaterina Ryabovaya təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR