Rusiya 2024-cü il Oyunlarına bir şərtlə buraxıla bilər

Rusiya  2024-cü il Oyunlarına bir şərtlə buraxıla bilər
# 28 mart 2023 07:00 (UTC +04:00)

Rusiya idmançıları 2024-cü il Paris Yay Olimpiya Oyunlarına bir şərtlə buraxıla bilərlər.

APA-nın xəbərinə görə, bu barədə Sport24 “Sportsmail”ə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, söhbət rusiyalı idmançıların futbol, ​​voleybol, həndbol və digər komanda idman növlərində iştirakının qadağan olunacağından gedir. Belə bir qərar Rusiya idmançılarının seçmə mərhələlərə və təsnifatlara vəsiqə qazanmasına icazə verilməməsi səbəbindən verilə bilər. Eyni zamanda, qəbulun əsas meyarı Rusiyadan olan idmançıların neytral statusda yarışacaqları faktı olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR