Zahid Oruc: Qərbi Azərbaycana qayıdışımız daha qısa müddət ərzində ola bilər

Zahid Oruc

© APA | Zahid Oruc

# 03 mart 2023 11:18 (UTC +04:00)

Zəfərə gedən 27 illik yoldan fərqli olaraq, İrəvana, Zəngəzura qayıdışımız daha qısa müddət ərzində ola bilər.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc komitənin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləməsində çıxışı zamanı deyib.

"Əminliklə demək olar ki, 8 Noyabr Zəfəri ilə azad olunan torpaqlarımız bütün dövrlərin köçkünlük həyatına son qoyacaq. Eyni zamanda, Qərbi Azərbaycan İcması gələcəkdə genişlənərək, bütövlüklə ölkəmizin etnik milli zənginliyini özündə əks etdirəcək", - deputat əlavə edib.

Deputat qeyd edib ki, Qərbi Azərbaycanın hüquqi statusu üçün icmanın XİN tərəfindən müvafiq dəstəyə ehtiyac var.

“İndi Qərbi Azərbaycan məfkurəsinin dirçəlişinə ehtiyac var. Ermənistana qarşı beynəlxalq məhkəmələrdə mülki iddialar qaldırılmalıdır. BMT qətnamələrinin ordumuz tərəfindən yerinə yetirilməsinə baxmayaraq, 27 il ərzində ölkəmizi bütün beynəlxalq platformalarda haqlı göstərən akt idi, bunu unutmaq olmaz. Həmçinin dərslik və təhsil sistemimiz İrəvana və Göyçəyə yenidən tarixi baxış keçirməlidir”, - Zahid Oruc qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR