Azərbaycan Prezidenti: Beynəlxalq təşkilatların qərar, qətnamələri və onların icrası selektiv xarakter daşıyır

Azərbaycan Prezidenti: Beynəlxalq təşkilatların qərar, qətnamələri və onların icrası selektiv xarakter daşıyır
# 23 noyabr 2022 16:01 (UTC +04:00)

“Eyni zamanda, Prezident Vuçiçin beynəlxalq təşkilatlarla bağlı dediyi sözlərə də şərh verərək bir neçə kəlmə demək istərdim. Bizim torpaqlarımız uzun illər işğal altında idi və dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib.

“Onların arasında əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etməliyəm. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Ancaq məsələ öz həllini tapmırdı. Bu nəyi göstərir?! Onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri və onların icrası selektiv xarakter daşıyır”, - dövlət başçısı əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR