Azərbaycan Prezidenti: Bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi üçün bütün şərait var

Azərbaycan Prezidenti: Bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi üçün bütün şərait var
# 08 fevral 2023 16:06 (UTC +04:00)

Bilirəm ki, bizim dövlət qurumlarının nümayəndələri də öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar və bunu biz ancaq alqışlaya bilərik. Yəni, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən bildirib.

“Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi. O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi üçün bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq”- dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR