Azərbaycan Prezidenti: “Bu cür konfransların azad edilmiş digər şəhərlərdə də keçirilməsi daha effektiv olar”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 29 aprel 2022 11:15 (UTC +04:00)

“Düşünürəm ki, bu interaktiv görüşlər, konfranslar digər şəhər və rayonlarda, məsələn Ağdamda, Zəngilanda və işğaldan azad olunmuş başqa şəhərlərdə də keçirilə bilər, bu, daha effektiv olar”.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı qeyd edib ki, əsas məsələ beynəlxalq ictimaiyyətin baş verənlərlə, həqiqətlə, bizim planlarımız və niyyətlərimizlə yaxından tanış olmasıdır: “Əminəm ki, bu ənənəvi toplantı formatı bundan sonra da davam edəcək. Ola bilsin ki, bu, həm də müntəzəm olaraq keçiriləcək Şuşa Beynəlxalq forumları arasında qarşılıqlı əlaqənin bir növü ola bilər. Bəlkə aralarındakı başqa forumlar, görüşlər və konfranslar haqqında düşünə bilərik. Ola bilsin ki, başqa şəhərlərdə Ağdamda, Zəngilanda, işğaldan azad edilmiş başqa şəhərlərdə olsun. Bu, qarşılıqlı fəaliyyətimizi daha səmərəli etməyimiz üçün vacibdir. Çünki beynəlxalq ictimaiyyətin baş verənləri, işğal illəri haqqında tam həqiqəti və sülh qurmaq planlarımızı və niyyətlərimizi bilməsi vacibdir. Bu səbəbdən mən hesab edirəm ki, bu gün burada bizimlə ola bilməyən ekspert cəmiyyətinin üzvləri ilə də daimi əlaqə olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR