Azərbaycan Prezidenti: “Bu, Ermənistan hökuməti və siyasətçiləri üçün bir şansdır”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 29 aprel 2022 12:55 (UTC +04:00)

“İqtisadiyyatına görə qabaqcıl dövlətlərdən olan, dünyanın çox az sayda aparıcı ordusundan birinə malik Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək tamamilə məntiqsizdir”.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

Dövlət başçısı bildirib ki, biz Türkiyə-Ermənistan prosesini dəstəkləyirik: “Hesab edirəm ki, bu, Ermənistan hökuməti və siyasətçiləri üçün gələcəklərini, özlərini regionda necə görmək istədiklərini düşünmək üçün bir şansdır. Lakin düşünürəm ki, onların aydın anlayışı yoxdur. Onlar ordunu yenidən qurmaq, daha da güclənmək, dövlət proqramı kimi elan etdikləri əhalinin sayını 5 milyona çatdırmaq, əraziləri geri almaq cəhdləri kimi bütün illüziyaları yerə qoymalıdırlar. Yoxsa bu, dövlətçiliyin sonu, rəsmi sonu olacaq. Biz isə müsbət tendensiyaları dəstəkləməyə hazırıq və bunu edirik. Bizim ümidlərimiz var, amma erməniləri sınamaq lazımdır, çünki onlarla heç vaxt sülh danışıqları aparmamışıq. Beləliklə, indi vaxtdır. Dediyim kimi, sülh sazişi üzrə danışıqlara hazırıq, Ermənistan hökumətindən tarix gözləyirik və başlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR