Azərbaycan və Türkiyə liderləri strateji müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyini bildirib

Prezident İlham Əliyev, Ərdoğan

© APA | Prezident İlham Əliyev, Ərdoğan

# 15 sentyabr 2022 17:30 (UTC +04:00)

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında Səmərqənddə keçirilmiş görüşdə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edilib.

APA xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyənin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə ediblər və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR