Azərbaycanda hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı yaradılacaq

Azərbaycanda hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı yaradılacaq
# 31 yanvar 2023 17:45 (UTC +04:00)

Azərbaycanda hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı yaradılacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidməti iki ay müddətində “Hədəfli maliyyə sanksiyaları haqqında” qanununda nəzərdə tutulmuş hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatının yaradılmasını və fəaliyyətini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR