Azərbaycanda inklüziv təhsilin təşkili qaydası hazırlanacaq

Azərbaycanda inklüziv təhsilin təşkili qaydası hazırlanacaq
# 08 iyun 2022 18:12 (UTC +04:00)

Azərbaycanda inklüziv təhsilin təşkili qaydası hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişikliyin tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabinetinə inklüziv təhsilin təşkili qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

Qeyd edək ki, İnteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təyinatlı və ya internat tipli təhsil müəssisəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR