Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırılıb

Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırılıb
# 20 dekabr 2021 10:14 (UTC +04:00)

Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manatdan 70 manata qaldırılıb.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR