Daşınmaz əmlakın dövlət reyestrindən elektron formada sənədlərin və məlumatların təqdim edilməsi qaydası hazırlanacaq

Daşınmaz əmlakın dövlət reyestrindən elektron formada sənədlərin və məlumatların təqdim edilməsi qaydası hazırlanacaq
# 23 yanvar 2023 13:10 (UTC +04:00)

Daşınmaz əmlakın dövlət reyestrindən elektron formada sənədlərin və məlumatların təqdim edilməsi qaydası hazırlanacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrindən elektron formada sənədlərin və məlumatların təqdim edilməsi, eləcə də notariat hərəkətinin nəticəsi olan sənədlərin daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsi ilə bağlı ödənişlərin həyata keçirilməsi qaydasını, həmçinin elektron informasiya sistemləri vasitəsilə məlumat mübadiləsinin təhlükəsizliyinə dair tələbləri Ədliyyə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda İqtisadiyyat Nazirliyi yaşayış sahəsinin yerləşdiyi ünvan üzrə qeydiyyatda olan şəxslər barədə məlumatların mötəbərliyinin təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə aşağıdakıları təmin etməlidir:

- rekvizitləri dəyişdirilmiş ünvanların vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərdəki ünvanlarla informasiya sistemləri vasitəsilə unifikasiyası (eyniləşdirilməsi) və həmin vətəndaşların bu barədə məlumatlandırılması imkanlarının yaradılması;

- yaşayış sahəsinin mülkiyyətçisi olan hüquqi və fiziki şəxslərə onların elektron müraciəti əsasında, habelə notariuslara real vaxt rejimində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və ata adı haqqında elektron sənəd təqdim edilməsi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR