Azərbaycan Prezidenti: Biz azad edilmiş torpaqlarda şəhər tipli kəndlər quracağıq

Azərbaycan Prezidenti: Biz azad edilmiş torpaqlarda şəhər tipli kəndlər quracağıq
# 28 mart 2023 14:16 (UTC +04:00)

Əlbəttə ki, azad edilmiş torpaqlarda indi və gələcəkdə hər bir kənd bərpa ediləcək.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

“Ancaq Azərbaycan dövləti öz üzərinə düşən vəzifəni bunda görür ki, biz yaxında yerləşən kəndlərin sakinlərini bir yerə yığıb onlar üçün gözəl şərait yaradaq. Yəni, biz şəhər tipli kəndlər quracağıq və mən qurulacaq bütün kəndlərin Baş planını təsdiqləmişəm. Eyni zamanda, kəndlərin xarici görkəmi də təsdiqlənib və yenə də deyirəm, həm rahat, həm də memarlıq nöqteyi-nəzərindən çox gözəl olacaq”, dövlət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR