DTX hərbçilərinin maaşı artırılıb

DTX hərbçilərinin maaşı artırılıb
# 23 dekabr 2021 15:55 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Fərman imzalayıb.

APA-nın xəbərinə görə, Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Müəyyən edilib ki, bu Fərmanda nəzərdə tutulan əlavə Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ödənilir.

Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR