Ərdoğan Brüssel görüşünün nəticələrini yüksək qiymətləndirib

Ərdoğan Brüssel görüşünün nəticələrini yüksək qiymətləndirib
# 23 may 2022 22:59 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən üçtərəfli görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.

APA xəbər verir ki, bu barədə Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Azərbaycan və Türkiyə Prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.

Dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR