ICESCO-nun sabiq baş direktoru Azərbaycan Prezidentini təbrik edib

ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri

© APA | ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri

# 29 may 2021 11:36 (UTC +04:00)

ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycan Prezidenti İlham Əliyevi Respublika günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi təbrik etməkdən böyük məmnunluq duyuram. Ölkənizin sürətli inkişafı və rifahı istiqamətində bütün səylərinizdə Sizə və Azərbaycan xalqına davamlı uğurlar arzulayıram.

Zati-alinizin bacarıqlı rəhbərliyi ilə Azərbaycan bir çox sahələrdə böyük nailiyyətlər əldə edib və eləcə də əməkdaşlıq və dialoq tərəfdarına çevrilib, həmçinin ölkəniz dünyada sülhün təmin edilməsinə önəmli töhfə verir.

Mən Azərbaycanın inkişafı və dünyada nüfuzlu status əldə etməsi istiqamətində göstərdiyiniz böyük səylərin şəxsən şahidi olmuşam.

Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR