Mehriban Əliyeva Fatma Səttarovanı 100 illiyi münasibətilə təbrik edib - VİDEO

Mehriban Əliyeva Fatma Səttarovanı 100 illiyi münasibətilə təbrik edib - VİDEO
# 25 yanvar 2022 11:55 (UTC +04:00)

Birinci vitse-prezident Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanı 100 illiyi münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Əziz Fatma xanım!

Sizi 100 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə ən xoş arzularımı çatdırıram! Sizin parlaq şəxsiyyətiniz və həyat yolunuz heyranlıq doğurur! Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik! Uca Tanrı Sizə bundan sonra da tükənməz enerji, gümrahlıq və nikbinlik dolu neçə-neçə illər bəxş etsin. Bu əlamətdar gündə Sizə və doğmalarınıza möhkəm cansağlığı, nurlu, xoş günlər və səadət arzulayıram!

Dərin hörmətlə,

Mehriban”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR