Prezident: Azad olunmuş ərazilərdə aparılan işlər Koreya ilə əməkdaşlığımızın genişlənməsinə əlverişli şərait yaradır

Prezident: Azad olunmuş ərazilərdə aparılan işlər Koreya ilə əməkdaşlığımızın genişlənməsinə əlverişli şərait yaradır
# 03 oktyabr 2022 11:26 (UTC +04:00)

Diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Koreya arasında dostluq münasibətlərinin hazırkı vəziyyəti məmnunluq doğurur.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Koreya Respublikasının Prezidenti Yun Sok Yola ünvanladığı təbrik məktubunda deyilir.

Bildirilir ki, ötən dövr ərzində dövlətlərarası əlaqələrimiz yüksələn xətlə inkişaf etmiş, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız dərinləşmişdir.

“Koreya şirkətləri Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində uğurla iştirak edirlər. Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan əsaslı bərpa və yenidənqurma işləri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Koreya əlaqələrinin mövcud potensialından səmərəli istifadə edərək qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik”, - məktubda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR