Prezident: “Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayır”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 01 iyun 2022 10:39 (UTC +04:00)

Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə investisiya yatırıb və daxili bazarın tələbatını tam təmin edib.

APA xəbər verir ki, bu barədə bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayır.

“Bu, bizim müstəqilliyimizin ilk illərində belə deyildi. Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb”, - Prezident İlham Əliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR