Prezident: Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır

Prezident: Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır
# 14 mart 2023 13:24 (UTC +04:00)

Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə deyilir.

Prezident qeyd edib ki, Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır.

“Ölkələrimiz eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır”, - dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR