Prezident: Azərbaycanın Aİ ilə imzaladığı enerji memorandumu uğurla tətbiq edilir

Prezident: Azərbaycanın Aİ ilə imzaladığı enerji memorandumu uğurla tətbiq edilir
# 31 may 2023 11:44 (UTC +04:00)

Azərbaycanın ötən ilin iyulunda Avropa İttifaqı ilə imzaladığı enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu uğurla tətbiq edilir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

“Biz artıq enerji dialoquna başlamışıq və buna davam edirik. Biz Aİ ilə birlikdə hər ilin fevralında Bakıda baş tutan və bizim bütün səylərimizin koordinasiyasında mühüm rol oynayan Cənub Qaz dəhlizinin Məşvərət Şurasının həmsədrləriyik. Hətta indi Cənub Qaz Dəhlizinin tam çalışdığı bir vaxtda, bizim yeni çağırışlarımız və tapşırıqlarımız var. Ona görə də Aİ-Azərbaycan əməkdaşlığının tarixinin bir çox müsbət anları və gələcəkdə bir çox potensial nailiyyətləri var”, - dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR