Prezident: Bəzi rayonlarda sosial işlərə cəlb edilənlərə çatacaq vəsait mənimsənilib

Prezident: Bəzi rayonlarda sosial işlərə cəlb edilənlərə çatacaq vəsait mənimsənilib
# 25 iyul 2022 14:40 (UTC +04:00)

“Təbii ki, bu infrastruktur layihələri iş yerlərinin yaradılmasına da xidmət göstərmişdir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarını qəbulu zamanı deyib.

Dövlət başçısı bildirib ki, sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər: “İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, biz işsizliklə bağlı mübarizədə də ciddi addımlar atırıq, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır. Hər rayon üzrə kvota var. Əfsuslar olsun ki, bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanlar işlərə cəlb olunmamış, əksinə, onlara çatacaq vəsait rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənilmişdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR