Prezident: Buxarestdə imzalanmış razılaşma çərçivəsində Avropaya minimum 4 geqavat “yaşıl enerji” nəql edilə bilər

Prezident: Buxarestdə imzalanmış razılaşma çərçivəsində Avropaya minimum 4 geqavat “yaşıl enerji” nəql edilə bilər
# 31 may 2023 12:54 (UTC +04:00)

Ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın “yaşıl enerji” və nəqli ilə bağlı imzaladığı razılaşma qlobal layihə olacaq və daha çox ölkəni və şirkəti cəlb edəcək.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, layihənin inteqrasiya olunmuş layihə olmasına dair razılığa gəlinib və hazırda onunla bağlı aparılan texniki-iqtisadi araşdırmaların yekunlaşdırılması gözlənilir.

“Biz düşünürük ki, bu layihə ilə Avropaya minimum 4 geqavat “yaşıl enerji” nəql edilə bilər”, - Prezident qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR