Prezident: “Erməni diasporu düşünür ki, dünya hər şeyi onlara borcludur və kimsə gəlib onları müdafiə edəcək”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 29 aprel 2022 12:20 (UTC +04:00)

Biz Ermənistan hökuməti və diasporunun necə işlədiyini bilirik.

APA xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

“Onlar düşünürlər ki, bütün dünya hər şeyi onlara borcludur və kimsə gəlib onları müdafiə edəcək, kimsə gəlib onlar üçün döyüşəcək, kimsə gəlib onlara pul verəcək, onlara hər şey verəcək və onlar sadəcə oturub sual altında olan və şübhəli dırnaqarası tragediyalarını istismar edəcəklər. Hər bir ölkənin, hər bir xalqın tarixində faciəvi anları olub. Onların problemi budur ki, əsas ideologiyalarını gələcəyə baxmaq yerinə, bu çox şübhəli və saxta tarixi faktlar əsasında yaradıblar”, - Azərbaycan Prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR