Prezident İlham Əliyev: “Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir”

Prezident İlham Əliyev: “Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir”
# 27 iyun 2022 10:24 (UTC +04:00)

Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılır və xidmət şəraiti də yaxşıdır.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

“Bütün şərait təmin edilir ki, hərbçilərimiz xidmət şəraitini nəzərə alaraq daha yaxşı xidmət etsinlər”, - Ali Baş Komandan əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR