Bank Of Baku

Prezident İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Prezident İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü keçirilib - FOTO  - VİDEO  - YENİLƏNİB
# 14 may 2023 19:13 (UTC +04:00)

Bu gün Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.

APA-nın Brüsselə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, öncə birgə foto çəkdirilib.

Görüş Avropa İttifaqının mənzil-qərargahında baş tutub.

Qeyd edək ki, görüş 4 saata qədər davam edib.

***

15:09

Bu gün Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

APA-nın Brüsselə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, görüş Avropa İttifaqının mənzil-qərargahında keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR