Prezident İsrailin maliyyə nazirini qəbul edib - YENİLƏNİB - VİDEO

Prezident İsrailin maliyyə nazirini qəbul edib - YENİLƏNİB  - VİDEO
# 25 aprel 2022 11:47 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də İsrailin maliyyə naziri Aviqdor Libermanı qəbul edib.

APA xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb, son dövrlərdə qarşılıqlı səfərlərin intensivliyinin və dinamikasının artması, həmçinin İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsi və Turizm Mərkəzinin açılması müsbət amil kimi qiymətləndirilib.

Söhbət zamanı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

***

11:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də İsrailin maliyyə naziri Aviqdor Libermanı qəbul edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR