Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 02 avqust 2022 15:02 (UTC +04:00)

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, aşağıdakılar da hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər siyahısına əlavə edilib:

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) üzrə:

- Dövlət Vergi Xidmətinin Aparat rəhbəri və onun müavinləri;

- Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin rəisləri və onların müavinləri;

- Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların rəisləri və onların müavinləri.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR