Azərbaycanda 600-ə yaxın mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılıb

Azərbaycanda 600-ə yaxın mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılıb
# 14 iyun 2019 11:55 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 14-də Bakıda daha bir istismarına icazə verilən bina sakinlərinə səyyar xidmət göstərib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, 174 mənzilli yeni çoxmərtəbəli bina sakinlərindən ilkin sənədlər toplanıb.

Ümumilikdə 22 binada yerləşən mənzillərə dair 1 500-dən çox sənəd qəbul edilib və həmin sənədlər əsasında 600-ə yaxın mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılıb. Qalan sənədlər hazırda icra mərhələsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR