AZEBİ ilə Avropa İttifaqı-Gürcüstan Biznes Şurası arasında memorandum imzalanıb

AZEBİ ilə Avropa İttifaqı-Gürcüstan Biznes Şurası arasında memorandum imzalanıb
# 05 mart 2020 12:25 (UTC +04:00)

Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının ilə Azərbaycanın Gürcüstandakı iş adamlarının AZEBİ İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

APA-nın yerli bürosu xəbər verir ki, Tbilisidə keçirilən Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan memorandum ölkələr arasında biznes əlaqələrinin dərinləşdirilməsi məqsədi ilə birgə fəaliyyəti nəzərdə tutur. Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze bildirib ki, memorandum çərçivəsində hər iki tərəf ticarət və kommunikasiya sahələrində ölkələr arasındakı əlaqələrin gücləndirilməsi üçün uyğun sektorları müəyyən edəcək: "Bizim Gürcüstan və Azərbaycan arasında ticarət həcminin artırması üçün unikal imkanlarımız var. Gürcüstanın Azərbaycanın enerji sektorunun təşviqi ilə bağlı öz maraqları da var və biz bu sahədə Azərbaycanı dəstəkləməyə və əməkdaşlıq etməyə hazırıq. Bugünkü tədbir iki ölkənin biznes əlaqələrinə növbəti təkan verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR