Almaniyada avtomobil satışları yanvarda 30% azalıb

Almaniyada avtomobil satışları yanvarda 30% azalıb
# 03 fevral 2021 15:03 (UTC +04:00)

2021-ci ilin yanvar ayında Almaniyada yeni avtomobillərin satışları 30% azalaraq təxminən 170 min vahidə enib.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Reuters"ə yerli bazardakı etibarlı mənbə deyib.

Mənbəyə görə, avtosalonlar COVID-19 pandemiyası səbəbindən başlanan ikinci karantin rejimindən, əsas olmayan mağazaların bağlanmasından və 2020-ci ildə bitən vergi tətillərində sonra ağır zərbə alıblar.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayında yeni avtomobillərin satışları 10% artmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR