Argentina şirkətləri "Azexport" üzərindən region ölkələrinə ixracın həyata keçirilməsində maraqlıdır

Argentina şirkətləri "Azexport" üzərindən region ölkələrinə ixracın həyata keçirilməsində maraqlıdır
# 30 noyabr 2020 13:05 (UTC +04:00)

Argentina şirkətləri "Azexport" portalı vasitəsilə Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran və digər region ölkələrinə ixracının həyata keçirilməsində maraqlıdırlar.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bunu Rəqəmsal Ticarət Qovşağı (RTQ) ilə Argentinanın "UAB Ramchos", "Proargex" və "Gemaco Group" şirkətlərinin nümayəndələri arasında keçirilən onlayn konfransda şirkətlərinin nümayəndəsi Joze Sabaliauskas deyib.

J. Sabaliauskas Azərbaycanda yerli və xarici investorlara biznes üçün əlverişli mühitin yaradılmasından məmnunluğunu ifadə edib. O, bu imkanların Amerika – Asiya ticarət əlaqələrinin dayanıqlı və təhlükəsiz təşkili və tərəflər arasında təchizat zəncirinin təkmilləşdirilməsində müsbət rol oynayacağını bildirib.

Müzakirələrin yekununda "Azexport" portalı və RTQ-nin Argentina sahibkarlarına onlayn formada təqdim olunmasına dair razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR