"Azercell" onlayn mağaza yaratmaq üçün yeni xidmətini istifadəyə verib - FOTO

"Azercell" onlayn mağaza yaratmaq üçün yeni xidmətini istifadəyə verib - FOTO
  • Clock-gray 15:25
  • calendar-gray 23 Dekabr 2020

“Azercell Biznes”in təkmilləşdirilmiş “Biznesim Veb” xidmətini istifadəyə verib. “Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, pandemiya dövründə bütün iqtisadi əlaqələrin, o cümlədən, ticarətin onlayn platformaya daşındığı bir dövrdə “Azercell Biznes” sahibkarlar və müəssisə rəhbərləri üçün böyük imkanlar açır.

Belə ki, təqdim olunan yeni “Biznesim Veb” xidməti sürətli şəkildə veb-saytın yaradılmasına, onun onlayn mağaza kimi istifadəsinə imkan verərək satışları asanlaşdırır.

Təkmilləşdirilmiş bu xidmət COVID-19 pandemiyası dövründə tətbiq olunan sərbəst hərəkət məhdudiyyəti və digər bu kimi tədbirlər şəraitində biznes sahiblərinə önəmli alternativ və yardımçı satış strategiyasıdır. “Biznesim Veb” xidmətinə qoşulmaqla sizin mağaza və ya restoranınız biznesin yeni fəaliyyət normasına uyğunlaşacaq və rəqəmsal həllər vasitəsilə fəaliyyət göstərəcək.

“Biznesim Veb” xidmətinin əsas üstünlüklərindən biri də “Azercell Biznes”-in müştərilərinin öz şirkətləri və müəssisələri üçün cəmi 3 gün ərzində heç bir əlavə investisiya qoymadan elektron mağaza funksiyası olan bir veb-sayt yaratmaqla öz işlərini inkişaf etdirə bilmək imkanıdır. Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönələn bu rəqəmsal xidmət çərçivəsində müştərilər domen qeydiyyatı, hostinq, Google xidmətlərindən istifadə, səhifənin təhlükəsizliyinin təminatı kimi digər üstünlüklərdən də faydalana bilər.

Yaradılacaq veb-səhifədə istifadəçi qeydiyyatının aparılmasını mümkün edən “Users” xidməti, hər bir istifadəçiyə özünün şəxsi bloqunu yaratmağa imkan verən “Blog” xidməti də əlavə olunmuşdur.

Bunlarla yanaşı, “Biznesim Veb” xidmətinə həm də SEO – Google axtarış sistemi üçün səhifənin optimallaşdırılması funksiyası əlavə edilib. Bu zaman Google axtarış sisteminə həmin saytla bağlı nəticələr ilk sıralarda görünür ki, bu da saytın tanınması üçün çox önəmlidir.

Qeyd edək ki, xidmət çərçivəsində yaradılan saytın idarə olunması sistemi “Windows” OS, “Mac” OSX tərəfindən dəstəklənir. Rahat interfeysin mövcudluğu, məzmunun ayrıca tətbiqlər vasitəsilə təqdim olunması saytın daha sürətli və asanlıqla idarəetməsini həyata keçirməyə imkan verir.

Xidmət haqqında daha ətraflı məlumatı *1111 nömrəsi ilə əlaqə saxlayaraq və ya [email protected] ünvanına müraciət edərək əldə etmək olar.

Hüseyn Vəliyev

Digər xəbərlər