Azpromo Macarıstan bankı ilə əməkdaşlıq edə bilər

Azpromo Macarıstan bankı ilə əməkdaşlıq edə bilər
# 14 fevral 2020 16:27 (UTC +04:00)

Azərbaycan hökuməti və Macarıstan hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın Budapeştdə keçirilən 7-ci iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndələri müvafiq qurumlarla görüşlər keçirib.

Azpromo-dan "APA-Economics"ə verilən məlumata görə, Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) ilə görüşdə 2019-cu ildə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində Azpromo ilə imzalanan əməkdaşlığa dair Anlaşma Memorandumunun icrası, əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.

Macarıstanın "Eximbank" ilə görüşdə isə əməkdaşlığın qurulması barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR