Azərbaycan-Suriya biznes forumunun vaxtı dəyişib

Azərbaycan-Suriya biznes forumunun vaxtı dəyişib
# 10 mart 2020 12:05 (UTC +04:00)

Bakıda Suriya investorları və Azərbaycan sahibkarlarının iştirakı ilə keçiriləcək biznes forumun vaxtı cari ilin iyun ayının əvvəlinə keçirilib.

Bunu "APA-Economics"ə Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Onun sözlərinə görə, bu qərar koronavirusun yayılma təhlükəsi fonunda qəbul olunub.

Qeyd edək ki, təqribən 25-ə yaxın Suriya investorlarının iştirakı ilə keçiriləcək forumda əsasən üç sahə (aqrar, sənaye və ticarət) üzlə əməkdaşlıq perspektivləri nəzərdən keçiriləcək.

Xatırladaq ki, sözügedən biznes forum bu ilin martın sonu – aprelin əvvəlində Bakıda keçirilməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR