Azərbaycan alkoqollu içkilərin ixracını artırıb

Azərbaycan alkoqollu içkilərin ixracını artırıb
# 22 fevral 2021 10:27 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycandan 1 024,53 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3% artıb.

Cari ilin ilk ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,06%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,70%-ə bərabər olub.

Hesabat dövründə bu məhsul kateqoriyası üzrə ölkəyə idxalının dəyəri 2 540,40 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 22,8% azdır. Cari ilin yanvar ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,32% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR