Azərbaycan ötən il əsasən fındığın ixracını təşviq edib

Azərbaycan ötən il əsasən fındığın ixracını təşviq edib
# 02 mart 2020 12:18 (UTC +04:00)

Azərbaycanda ötən il ixracın təşviqində prioritet əsasən fındığa verilib.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Fondun 2019-cu ildəki fəaliyyətinə və "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

O həmçinin bildirib ki, Fond heç vaxt pomidor ixracatçılarına ixrac təşviqi verməyib və bunun əsas səbəbi kimi, onların Rusiya kimi geniş ixrac bazarının olması və dəstək üçün lüzumun qalmamasıdır: “Əsas prioritet fındıq və digər məhsullara verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR