Azərbaycan sahibkarlarına ixracı artırmaq üçün daha geniş xidmətlər göstəriləcək

Azərbaycan sahibkarlarına ixracı artırmaq üçün daha geniş xidmətlər göstəriləcək
# 10 fevral 2021 11:55 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən sahibkarlara ixracın təşviqi və həcminin artırılması məqsədi ilə daha geniş xidmətlər göstəriləcək.

Azpromo-dan "APA-Economics"ə verilən məlumata görə, bunu Fondun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev İxracatçılar Klubu çərçivəsində sahibkarlarla onlayn görüşdə bildirib.

O, tətbiq ediləcək yeni iş prinsipləri barədə məlumat verərək, Azərbaycan məhsullarının xarici bazarlarda satışının artırılması istiqamətində sıx əməkdaşlığa dəvət edib, onları maraqlandıran sualları cavablandırıb.

Görüşdə qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərən 50-dən çox şirkət nümayəndəsinin iştirak edib.

Görüşdə həmçinin qeyri-neft məhsullarının ixracının artırılması, sahibkarlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi, iş adamlarına fərdi yanaşmanın tətbiqi barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR