Azərbaycan yanvar-mayda 780 ton dezinfeksiyaedici vasitə idxal edib

Azərbaycan yanvar-mayda 780 ton dezinfeksiyaedici vasitə idxal edib
# 23 iyul 2020 17:22 (UTC +04:00)

Azərbaycan bu ilin yanvar-may ayları ərzində 2,55 mln. ABŞ dolları dəyərində 779,6 ton dezinfeksiyaedici vasitə idxal edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ölkəyə ən çox dezinfeksiyaedici vasitə Türkiyə, Böyük Britaniya və Almaniyadan idxal olunub.

Hesabat dövründə Türkiyə Azərbaycana 1,12 mln. dollar dəyərində 380,98 ton, Böyük Britaniya 719,29 min dollar dəyərində 212,77 ton, Almaniya isə 216,41 min dollar dəyərində 61,93 ton dezinfeksiyaedici vasitə ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR