Azərbaycanda 40 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmləri hərraca çıxarılacaq

Azərbaycanda 40 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmləri hərraca çıxarılacaq
  • Clock-gray 11:53
  • calendar-gray 02 Mart 2021

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac martın 30-da təşkil ediləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hərraca 101 dövlət əmlakı çıxarılacaq. Bunlardan 25-i kiçik dövlət müəssisə və obyekti, 36-sı nəqliyyat vasitəsi, 40-ı isə səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləridir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tanış olmaq olar.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də e-emlak.gov.az saytında “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Hüseyn Vəliyev

Digər xəbərlər