Azərbaycanda MKOB portfelinin əhatə dairəsinin genişləndirilməsi üzrə araşdırmalar aparılır

Azərbaycanda MKOB portfelinin əhatə dairəsinin genişləndirilməsi üzrə araşdırmalar aparılır
# 10 dekabr 2020 16:04 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ilə mikro, kiçik və orta biznesin (MKOB) davamlılığını və pandemiyadan sonra bərpasını dəstəkləməyi hədəfləyən işlər davam etdirilir.

Azərbaycan Banklar Assosiasiyasından "APA-Economics"ə verilən məlumata görə, bu işlərin bir hissəsi kimi, AİB əsasən kənd yerlərindəki mikro və kiçik müəssisələri dəstəkləmək üçün Azərbaycanın maliyyə sistemində kapitalın katalizasiyasına yönəlmiş MKOB portfelinin əhatə dairəsinin genişləndirilməsi üzrə araşdırmalar aparır.

Qeyd olunan məsələ ötən gün AİB və İKZF birgə təşkilatçılığı ilə Yamayka İnkişaf Bankı və Malayziya Kredit Zəmanət Korporasiyasının təqdimatlarının da keçirildiyi dəyirmi masada səsləndirilib.

Dəyirmi masanın təşkilinin əsas səbəbi bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və maraqlı tərəflərin məsələnin müzakirə etməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR