Azərbaycanda geyim və ayaqqabı satışları azalıb

Azərbaycanda geyim və ayaqqabı satışları azalıb
# 11 dekabr 2020 13:55 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 5 728,6 mln. manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 12,2% azalıb. Təkcə noyabr ayında əhaliyə 646 mln. manat həcmində qeyd olunan kateqoriya üzrə məhsul satılıb ki, bu da oktyabr ayı ilə müqayisədə 5,3% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 16,4%-i toxuculuq məhsullarının, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Xatırladaq ki, azalma koronavirus pandemiyası səbəbindən sərt karantin rejimi çərçivəsində geyim dükanlarının bağlı olması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR