Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb
  • Clock-gray 09:32
  • calendar-gray 18 Fevral 2021

Bu ilin fevralın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 253,4 min nəfər olub, onlardan 4 877,3 min nəfərini məşğul əhali təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,24% artıb, məşğul əhalinin sayı isə 1,22% azalıb.

Cari ilin yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 691,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 910,8 min nəfər, qeyri-dövlət sektorunda isə 781,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 33,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1658,0 min nəfər çalışıb.

Hüseyn Vəliyev

Digər xəbərlər