Azərbaycanda taksi xidmətindən istifadə artıb

Azərbaycanda taksi xidmətindən istifadə artıb
# 29 mart 2020 11:35 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 10 mln. 8 mindən çox sərnişin taksi xidmətindən istifadə edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-fevral ayları ərzində taksi xidmətindən istifadə etmiş sərnişinlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 244,2 min nəfər və ya 2,5% artıb.

Bildirək ki, bu müddətdə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 270,4 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% artım qeydə alınıb. Sərnişinlərin 96,3%-i avtobus, 3,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR