Azərbaycandan Türkiyəyə güzəştli şərtlərlə məhsul ixracına başlanılıb

Azərbaycandan Türkiyəyə güzəştli şərtlərlə məhsul ixracına başlanılıb
  • Clock-gray 11:06
  • calendar-gray 31 Mart 2021

Azərbaycanla Türkiyə hökumətləri arasında imzalanan Preferensial Ticarət Sazişinə əsasən, iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri cari ilin mart ayının 1-dən illik tarif kvotası çərçivəsində müəyyən olunan mallar üzrə güzəştlərdən yararlanmaq imkanı qazanıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, artıq sahibkarlıq subyektinin Xidmətə elektron qaydada daxil olan müraciətinə əsasən, 72 620 kq xurma məhsulunun güzəştli şərtlərlə ixracı məqsədilə ilk mənşə sertifikatı təqdim edilib.

İqtisadiyyat Nazirliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə ixrac əməliyyatlarının həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Hüseyn Vəliyev

Digər xəbərlər