Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına dair tədbirlər proqramı imzalanıb

Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına dair tədbirlər proqramı imzalanıb
  • Clock-gray 10:57
  • calendar-gray 16 Dekabr 2019

Azərbaycanla Həştərxan vilayəti hökumətləri arasında 2020-ci il üçün əməkdaşlığın inkişafı üzrə tədbirlər proqramı imzalanıb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sənədi Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin imzalayıblar.

Sənəd sənaye, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq, mədəniyyət, turizm, gənclər siyasəti, idman və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti ildə həyata keçiriləcək tədbirləri ehtiva edir.

İmzalanma mərasimindən öncə tərəflər arasında keçirilən görüşdə əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə Rusiya Federasiyası ilə əlaqələrin strateji müstəvidə dinamik inkişaf etdiyi, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyi vurğulanıb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date