"Azərsun Holdinq" kollektivi sosial qayğıya ehtiyacı olan insanları ziyarət edib - FOTO

"Azərsun Holdinq" kollektivi sosial qayğıya ehtiyacı olan insanları ziyarət edib - FOTO
# 04 mart 2020 16:13 (UTC +04:00)

Azərbaycanın qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan "Azərsun Holdinq" qarşıdan gələn Novruz bayramı ilə əlaqədar müxtəlif sosial layihələr reallaşdırır.

Holdinqdən "APA-Economimcs"ə verilən məlumata əsasən layihələr çərçivəsində Şirkətlər Qrupunun kollektivi Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib. “Azərsun Holdinq” nümayəndələri burada müalicə alan insanlar üçün ziyafət təşkil edib.

Mütəmadi olaraq bu cür layihələr həyata keçirən Şirkətlər Qrupunun belə tədbirləri təşkil etməyinin əsas məqsədi qayğıya ehtiyacı olan insanları sevindirmək, onların bayramı ən yüksək ab-havada qeyd etmələrinə şərait yaratmaq, sosial məsuliyyət prinsiplərini insanlara bir daha xatırlatmaqdır.

Qeyd edək ki, 1974-cü ildə yaradılan 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunaraq bu ilin fevral ayında istifadəyə verilib. Yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR