BMT Azərbaycanda qarşıdakı 5 il üçün fəaliyyət planı hazırlayır

BMT Azərbaycanda qarşıdakı 5 il üçün fəaliyyət planı hazırlayır
# 14 mart 2020 13:15 (UTC +04:00)

BMT Azərbaycanda qarşıdakı 5 il üçün fəaliyyət planı hazırlayır. “APA-Econommics” Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) yaydığı məlumata istinadən xəbər verir ki, bunu Konfederasiya ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi arasında gələcək əməkdaşlıq perspektivləri ilə bağlı keçirilən görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.

Məlumatda bildirilir ki, o, Konfederasiyanın BMT və digər qurumlarla əməkdaşlığından razılığını ifadə edib və ASK ilə əməkdaşlığı genişləndirməyi təklif edib.

“BMT olaraq, biz də qurumda islahatlar aparırıq və dayanıqlı inkişafla bağlı islahatlarda daha fəal iştirak etməyə çalışırıq. Dayanıqlı inkişaf məqsədləri üçün ölkədəki bütün qüvvələri mobilizasiya etmək lazımdır. Əlbəttə, arzuladığımız inkişafa nail olmaq səviyyəsi müxtəlif ölkələr üzrə fərqli nəticələr verir. İstərdik ki, özəl sektorla əlaqələri genişləndirək və müəyyən çərçivələr hazırlayaq”, - deyə Q.İshaqzai qeyd edib.

O həmçinin ASK ilə BMT arasında birgə əməkdaşlıq planının hazırlanması üçün işçi qrupun yaradılmasını təklif edib və bu təklif ASK rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR